• Home  
  • Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
- Dünya - Gündəm - Hadisə

Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb

Türkiyənin İstanbul əyalətinin Eyüpsultan rayonunda sərnişin avtobusu ilə avtomobilin toqquşması nəticəsində 30 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, rayonun Nişança Məhəlləsi Yavədut küçəsində hərəkət edən sərnişin avtobusu ilə avtomobil toqquşub. Avtobus daha sonra dirəyə çırpılıb. Hadisəyə səbəb kimi yolun sürüşkən olması göstərilir. İstanbul əyaləti səhiyyə idarəsinin müdri […]

Türkiyənin İstanbul əyalətinin Eyüpsultan rayonunda sərnişin avtobusu ilə avtomobilin toqquşması nəticəsində 30 nəfər xəsarət alıb.

Əks-səda xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, rayonun Nişança Məhəlləsi Yavədut küçəsində hərəkət edən sərnişin avtobusu ilə avtomobil toqquşub. Avtobus daha sonra dirəyə çırpılıb.

Hadisəyə səbəb kimi yolun sürüşkən olması göstərilir.

İstanbul əyaləti səhiyyə idarəsinin müdri Abdullah Əmrə Günər avtoqəzada xəsarət alan 30 vətəndaşın hadisə yerində ilk müdaxilələrdən sonra təcili yardım maşınları ilə xəstəxanalara göndərildiyini açıqlayıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu vurğulanıb.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.