Türkiyənin Zonquldaq bölgəsinin Kilimli rayonunun Gelik qəsəbəsində özəl daş kömür mədənində baş vermiş partlayış nəticəsində 3 fəhlə ölüb, ikisi ağır olmaqla, beş nəfər yaralanıb.
Əks-səda xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Türkiyənin ədliyyə naziri Akın Gürlek açıqlamasında bildirib ki, hadisə ilə bağlı Zonquldaq Respublika Baş Prokurorluğu tərəfindən istintaq başlanılıb.


