• Home  
  • Rumıniyanın “F-16” qırıcısı Konstansa sahillərində dəniz dronunu vurub
- Dünya - Gündəm - Hadisə

Rumıniyanın “F-16” qırıcısı Konstansa sahillərində dəniz dronunu vurub

Rumıniyanın “F-16” qırıcı təyyarəsi Konstansa sahillərində dəniz dronunu vurub. Əks-səda xəbər verir ki, bu barədə Rumıniya mediası ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Qeyd olunub ki, dənizdə dreyf edən dronun olması barədə ticarət gəmisi məlumat verib. Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki “F-16” təyyarəsi təcili olaraq Konstansadan təxminən 80 dəniz mili şərqdə kiçik dəniz […]

Hadisə

Rumıniyanın “F-16” qırıcı təyyarəsi Konstansa sahillərində dəniz dronunu vurub.

Əks-səda xəbər verir ki, bu barədə Rumıniya mediası ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, dənizdə dreyf edən dronun olması barədə ticarət gəmisi məlumat verib. Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki “F-16” təyyarəsi təcili olaraq Konstansadan təxminən 80 dəniz mili şərqdə kiçik dəniz dronunun aşkar edildiyi yerə doğru havaya qaldırılıb. Onlardan biri hədəfə göyərtə topundan atəş açaraq onu müvəffəqiyyətlə məhv edib.

Göyərtəsində Rumıniya Hərbi Dəniz Qüvvələrinin minatəmizləmə qrupunun (EOD) olduğu sahil mühafizə gəmisi baxış keçirmək üçün dronun aşkarlandığı yerə doğru hərəkət edir. Əməliyyat davam edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.