• Home  
  • Türkmənistan Prezidenti “Şimal-Cənub” dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb
- Cəmiyyət - Dünya - Gündəm

Türkmənistan Prezidenti “Şimal-Cənub” dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Xəzər dənizinin sahilində yerləşən Türkmənbaşı şəhərindən Qazaxıstanla avtomobil sərhədinə qədər uzanan yeni yolun açılışını edib. Əks-səda xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb. “Ötən il Türkmənbaşı – Qara-Boğaz – Qazaxıstan sərhədi avtomobil yolunun təməli qoyulub. Bu gün isə onun 44 kilometrlik Qara-Boğaz – sərhədyanı zona hissəsini istismara veririk. […]

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Xəzər dənizinin sahilində yerləşən Türkmənbaşı şəhərindən Qazaxıstanla avtomobil sərhədinə qədər uzanan yeni yolun açılışını edib.

Əks-səda xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.

“Ötən il Türkmənbaşı – Qara-Boğaz – Qazaxıstan sərhədi avtomobil yolunun təməli qoyulub. Bu gün isə onun 44 kilometrlik Qara-Boğaz – sərhədyanı zona hissəsini istismara veririk. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan bu yol-nəqliyyat infrastrukturu beynəlxalq əhəmiyyətli nəqliyyat marşrutlarının əsas həlqəsinə çevriləcək”, – qəzet prezidentin sözlərindən sitat gətirib.

Dövlət başçısı, həmçinin “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq Aşqabad – Daşoğuz avtomobil magistralının təməlqoyma mərasimində iştirak edib. Yolun uzunluğu 550 kilometr təşkil edəcək.

“Bu gün perspektivli “Şimal-Cənub” nəqliyyat dəhlizinin əsas həlqəsinə çevrilməsi nəzərdə tutulan Aşqabad – Daşoğuz avtomobil magistralının tikintisinə start veririk. Ölkəmizin şimal bölgəsini paytaxtla birləşdirəcək bu magistralın çəkilməsi nəqliyyat-tranzit potensialını artırmağa, nəqliyyat əlaqələrinin təhlükəsizliyini təmin etməyə, həmçinin qonşu dövlətlər arasında əmtəə dövriyyəsinin, yük və sərnişin daşımalarının həcmini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verəcək”, – Berdiməhəmmədov bildirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.