• Home  
  • Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- Cəmiyyət - Gündəm - Ölkə

Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Xətai rayonunda aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 12-də saat 07:00-dan etibarən üç ünvanda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, məhdudiyyət rayonun Abdulla Rəhimov, İlqar Abbasov, Həzi Aslanov küçələrində tətbiq olunacaq. Qeyd olunub ki, təmir işləri ilə əlaqədar sözügedən ərazilərdə nəqliyyatın […]

Cəmiyyət

Bakının Xətai rayonunda aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 12-də saat 07:00-dan etibarən üç ünvanda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət rayonun Abdulla Rəhimov, İlqar Abbasov, Həzi Aslanov küçələrində tətbiq olunacaq.

Qeyd olunub ki, təmir işləri ilə əlaqədar sözügedən ərazilərdə nəqliyyatın hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

“Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”, – məlumatda qeyd olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.