• Home  
  • UEFA Avropa Liqası: İslandiyanın “Vestri” klubu “Qarabağ” üçün 100 bilet ayırıb
- Gündəm - Idman

UEFA Avropa Liqası: İslandiyanın “Vestri” klubu “Qarabağ” üçün 100 bilet ayırıb

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyada “Vestri”nin qonağı olacaq “Qarabağ”a 100 bilet ayrılıb. “Əks-səda” xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib. O, iyulun 14-də, saat 16:00-da çarter reysi ilə birbaşa İslandiyaya yollanacaqlarını söyləyib:: “Matçdan bir gün əvvəl plana uyğun olaraq mətbuat konfransı və komandanın açıq məşqi keçiriləcək. Bizə […]

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyada “Vestri”nin qonağı olacaq “Qarabağ”a 100 bilet ayrılıb.

Əks-səda” xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

O, iyulun 14-də, saat 16:00-da çarter reysi ilə birbaşa İslandiyaya yollanacaqlarını söyləyib::

“Matçdan bir gün əvvəl plana uyğun olaraq mətbuat konfransı və komandanın açıq məşqi keçiriləcək. Bizə 100 bilet ayrılıb. Komandanı nə qədər azarkeşin dəstəkləyəcəyini oyun zamanı biləcəyik”.

Xatırladaq ki, “Vestri” – “Qarabağ” oyunu iyulun 16-dan 17-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüş 1596 tamaşaçı tutumuna malik “Torfnesvöllur” stadionunda keçiriləcək.

Bakıdakı ilk oyunda “Qarabağ” üç cavabsız qolla qalib gəlib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.