• Home  
  • UEFA Çempionlar Liqası: “Sabah” Norveçdə “Vikinq”lə üz-üzə gəlir
- Gündəm - Idman - Ölkə

UEFA Çempionlar Liqası: “Sabah” Norveçdə “Vikinq”lə üz-üzə gəlir

“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. Əks-səda xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə “Vikinq”in qonağı olacaq. Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşün baş hakimi niderlandlı Sander van der Eyk olacaq. “Sabah” daha əvvəl UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərənin “Mançester Yunayted” […]

“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq.

Əks-səda xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə “Vikinq”in qonağı olacaq.

Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Görüşün baş hakimi niderlandlı Sander van der Eyk olacaq.

“Sabah” daha əvvəl UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərənin “Mançester Yunayted” (0:4) və Almaniyanın “Borussiya” (Dortmund) klublarına uduzub – 1:2. Azərbaycan çempionu Çexiyanın “Slaviya” komandasını 2:0 hesabı ilə məğlub edib.

“Vikinq” isə qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində keçirdiyi əvvəlki üç oyunun 2-də uduzub, 1-də heç-heyə nail olub. İngiltərədə “Aston Villa”ya, Almaniyada “Ştutqart”a (hər ikisi 1:3) uduzan kollektiv evdə Almaniya nəhəngi “Bavariya” ilə bərabərə qalıb – 3:3.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.