• Home  
  • Ukrayna Ordusu Belqoroda dron zərbələri endirib, 2 nəfər ölüb
- Dünya - Gündəm

Ukrayna Ordusu Belqoroda dron zərbələri endirib, 2 nəfər ölüb

Ukrayna Ordusu Rusiyanın Belqorod vilayətinə dron zərbələri endirib, 2 nəfər ölüb. Əks-səda xəbər verir ki, bu barədə vilayət qubernatoru səlahiyyətlərini icra edən Aleksandr Şuvayev “Telegram” kanalında məlumat verib. Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Rusiyanın Belqorod vilayətinə 96 hücum həyata keçirib. Hücumlar nəticəsində Belqorod və Qrayvoron dairələrində iki nəfər həlak olub, Belqorod və […]

Ukrayna Ordusu Rusiyanın Belqorod vilayətinə dron zərbələri endirib, 2 nəfər ölüb.

Əks-səda xəbər verir ki, bu barədə vilayət qubernatoru səlahiyyətlərini icra edən Aleksandr Şuvayev “Telegram” kanalında məlumat verib.

Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Rusiyanın Belqorod vilayətinə 96 hücum həyata keçirib. Hücumlar nəticəsində Belqorod və Qrayvoron dairələrində iki nəfər həlak olub, Belqorod və Şebekino dairələrində isə biri uşaq olmaqla doqquz nəfər yaralanıb.

Vilayət rəhbərinin sözlərinə görə, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Belqorod şəhərinə, həmçinin Belqorod, Borisovka, Valuyki, Volokonovka, Qrayvoron, İvnya, Krasnaya Yaruga, Rakitnoye, Şebekino və Yakovlevka dairələrinə zərbələr endirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.