• Home  
  • Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb
- Dünya - Gündəm - Hadisə

Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb

Tbilisidə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əks-səda xəbər verir ki, bu barədə ictimai vəkil Teona Feraadze məlumat verib. Teona Feraadzenin sözlərinə görə, saxlanılan şəxs 40 yaşdan yuxarı Ermənistan vətəndaşıdır və Gürcüstana turist kimi gəlib. O, hazırda susmaq hüququndan istifadə edir. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin […]

Kriminal

Tbilisidə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Əks-səda xəbər verir ki, bu barədə ictimai vəkil Teona Feraadze məlumat verib.

Teona Feraadzenin sözlərinə görə, saxlanılan şəxs 40 yaşdan yuxarı Ermənistan vətəndaşıdır və Gürcüstana turist kimi gəlib. O, hazırda susmaq hüququndan istifadə edir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi ilə aparılır.

Saxlanılan şəxsin barəsində həbs qətimkan tədbiri seçilib. İlkin məhkəmə iclasının noyabrın 12-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, büstün zədələnməsi barədə məlumat ilkin olaraq sosial şəbəkələrdə yayılıb. Hadisə sentyabrın 21-də səhər saatlarında baş verib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də daha əvvəl Gürcüstan mediasına bildirib ki, hadisə ilə bağlı ehtimal olunan şəxs saxlanılıb və Gürcüstan Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər aidiyyəti qurumlar tərəfindən istintaq və prosessual tədbirlər davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.