Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub.
Əks-səda xəbər verir ki, gəmilər Qara və Azov dənizlərində hədəfə alınıb.
Bildirilib ki, “MoLoÇKa” əməliyyatı çərçivəsində 13 gün ərzində Rusiyanın “kölgə donanması”na aid ümumilikdə 172 gəmi vurulub. Onlardan 118-i Azov dənizində, 54-ü Qara dənizdə hədəfə alınıb.


