• Home  
  • Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın 21 tankerinin vurulduğunu bildirib
- Dünya - Gündəm

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın 21 tankerinin vurulduğunu bildirib

Ukrayna Müdafiə Qüvvələri Azov dənizi akvatoriyasında Rusiyanın 21 tankerini, eləcə də dörd yedək gəmisini, iki quru yük gəmisini və bir dibdərinləşdirən gəmini vurub. “Əks-səda” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qurumun məlumatına görə, hücum Rusiyanın hərbi-iqtisadi potensialının zəiflədilməsi tədbirləri çərçivəsində iyulun 11-nə keçən gecə həyata keçirilib. Baş Qərargahdan bildirilib ki, […]

Ukrayna Müdafiə Qüvvələri Azov dənizi akvatoriyasında Rusiyanın 21 tankerini, eləcə də dörd yedək gəmisini, iki quru yük gəmisini və bir dibdərinləşdirən gəmini vurub.

Əks-səda” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qurumun məlumatına görə, hücum Rusiyanın hərbi-iqtisadi potensialının zəiflədilməsi tədbirləri çərçivəsində iyulun 11-nə keçən gecə həyata keçirilib.

Baş Qərargahdan bildirilib ki, Rusiya tankerlərindən beynəlxalq sanksiyalardan yan keçməklə neft və neft məhsullarının daşınması üçün istifadə olunur və bu, Ukraynaya qarşı hərbi əməliyyatların maliyyələşdirilməsi üçün vəsaitlərin daxil olmasını təmin edir.

Eyni zamanda qeyd olunub ki, vurulmuş yedək gəmiləri, quru yük gəmiləri və dibdərinləşdirən gəmi hərbi logistika, yüklərin daşınması və liman infrastrukturunun fəaliyyətinin dəstəklənməsi üçün istifadə edilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.