• Home  
  • Ukrayna və Finlandiya 300 milyon avroluq saziş imzalayıb
- Dünya - Gündəm - Siyasət

Ukrayna və Finlandiya 300 milyon avroluq saziş imzalayıb

Finlandiya və Ukrayna ümumi dəyəri 300 milyon avro olan, yeni yardım paketi də daxil olmaqla, yeddi sənəd imzalayıb. Əks-səda xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Finlandiyanın Baş naziri Petteri Orpo ilə görüşünün yekunları barədə açıqlamasında bildirib. Zelenskinin sözlərinə görə, tərəflər əməkdaşlıq imkanlarının genişləndirilməsi və Finlandiyanın peyk imkanlarından daha geniş istifadə olunması barədə razılığa […]

Finlandiya və Ukrayna ümumi dəyəri 300 milyon avro olan, yeni yardım paketi də daxil olmaqla, yeddi sənəd imzalayıb.

Əks-səda xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Finlandiyanın Baş naziri Petteri Orpo ilə görüşünün yekunları barədə açıqlamasında bildirib.

Zelenskinin sözlərinə görə, tərəflər əməkdaşlıq imkanlarının genişləndirilməsi və Finlandiyanın peyk imkanlarından daha geniş istifadə olunması barədə razılığa gəliblər. Bu məsələ “Nokia” və “ICEYE” şirkətləri ilə də müzakirə edilib.

Yardım paketinə lokomotivlər, enerji avadanlıqları və enerji obyektlərinin qorunması üçün vasitələr daxildir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.