• Home  
  • Ukraynada F-16 qırıcısı qəzaya uğrayıb
- Dünya - Gündəm - Hadisə

Ukraynada F-16 qırıcısı qəzaya uğrayıb

Ukrayna döyüş tapşırığını yerinə yetirərkən F-16 qırıcısını itirib. Əks-səda xəbər verir ki, pilot katapult edib. “İyulun 29-da təyyarə cəbhə istiqamətlərindən birində düşmənin hava hədəflərinin ələ keçirilməsi üzrə döyüş tapşırığını yerinə yetirirdi. Göyərtədə ştatdankənar vəziyyət yaranıb, bu səbəbdən pilot katapult etməyə məcbur olub. O, uğurla təxliyə edilib və müayinə üçün tibb müəssisəsinə çatdırılıb”, – məlumatda bildirilir. Qeyd olunur […]

Ukrayna döyüş tapşırığını yerinə yetirərkən F-16 qırıcısını itirib.

Əks-səda xəbər verir ki, pilot katapult edib.

“İyulun 29-da təyyarə cəbhə istiqamətlərindən birində düşmənin hava hədəflərinin ələ keçirilməsi üzrə döyüş tapşırığını yerinə yetirirdi. Göyərtədə ştatdankənar vəziyyət yaranıb, bu səbəbdən pilot katapult etməyə məcbur olub. O, uğurla təxliyə edilib və müayinə üçün tibb müəssisəsinə çatdırılıb”, – məlumatda bildirilir.

Qeyd olunur ki, mülki əhali arasında tələfat və dağıntı yoxdur. Təyyarənin düşdüyü yerdə ekspertlər və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər, hadisənin səbəbləri müəyyənləşdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.