Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) qalıqlarının Rusiyanın Krasnodar diyarının Gelencik şəhəri yaxınlığındakı Arxipo-Osipovka kəndinə düşməsi nəticəsində biri uşaq olmaqla dörd nəfər həlak olub, 10 nəfər xəsarət alıb.
Əks-səda xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı məlumat yayıb.
“Xəsarət alan 10 nəfərdən ikisi uşaqdır. İki böyük və bir uşaq xəstəxanaya yerləşdirilib. Digər zərərçəkənlərə yerində yardım göstərilir”, – məlumatda qeyd olunub.


