• Home  
  • “Çelsi” “Aston Villa”dan Morqan Rocersi transfer edib
- Gündəm - Idman

“Çelsi” “Aston Villa”dan Morqan Rocersi transfer edib

İngiltərənin “Çelsi” klubu “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocersi transfer edib. Əks-səda xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Mənbənin iddiasına görə, İngiltərə millisinin futbolçusu ilə 2032-ci ilin yayına qədər müqavilə imzalanıb. Sözləşmədə onun daha bir il uzadılması imkanı da nəzərdə tutulub. Daha əvvəl “Çelsi”nin bu keçid üçün “Aston Villa”ya 117 milyon funt sterlinq […]

İngiltərənin “Çelsi” klubu “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocersi transfer edib.

Əks-səda xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin iddiasına görə, İngiltərə millisinin futbolçusu ilə 2032-ci ilin yayına qədər müqavilə imzalanıb.

Sözləşmədə onun daha bir il uzadılması imkanı da nəzərdə tutulub. Daha əvvəl “Çelsi”nin bu keçid üçün “Aston Villa”ya 117 milyon funt sterlinq ödəyəcəyi bildirilmişdi.

“Transfermarkt” portalı futbolçunun dəyərini 90 milyon avro qiymətləndirir.

Rocers 2026-cı il dünya çempionatında İngiltərə millisinin heyətində 6 oyuna çıxıb. O, Argentina ilə yarımfinal matçında (1:2) bir məhsuldar ötürmə müəllifi olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.