• Home  
  • Vahid məktəbli forması ilə bağlı qarşıdurma 37 nəfərin həbsi ilə nəticələnib
- Cəmiyyət - Hadisə - Manşet - Ölkə

Vahid məktəbli forması ilə bağlı qarşıdurma 37 nəfərin həbsi ilə nəticələnib

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Əks-səda “247press.media”ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının […]

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib.

Əks-səda “247press.media”ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, ictimai qaydanı kobud şəkildə pozan, nəqliyyatın hərəkətinə və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib.

Faktla bağlı DİN-in müvafiq istintaq qurumlarında Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılaraq 37 nəfər həbs edilib.

“Tədbirlərin əsas məqsədi qanunvericiliyin tələblərinin icrasını təmin etmək, ictimai asayişin pozulmasının, nəqliyyatın hərəkətinə maneçilik yaradılmasının və təhsil müəssisələrinin normal fəaliyyətinin pozulmasının qarşısını almaq, şagirdlərin, müəllimlərin və digər vətəndaşların təhlükəsizliyini qorumaqdır.

Qeyd edirik ki, vətəndaşlar qanunvericiliyin tələblərinə əməl etməli, ictimai qaydanın pozulmasına, digər şəxslərin hüquq və mənafelərinə zərər vurulmasına, habelə polis əməkdaşlarının qanuni tələblərinin yerinə yetirilməməsinə yol verməməlidirlər.

İctimai asayişin və təhlükəsizliyin qorunması, təhsil müəssisələrinin normal fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir, qanunazidd halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq və onu törədənlər müvafiq qaydada məsuliyyətə cəlb olunacaqlar”, – məlumatda vurğulanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.