• Home  
  • Vaşinqtonda dəniz təyyarəsi qəzaya uğrayıb
- Dünya - Gündəm - Hadisə

Vaşinqtonda dəniz təyyarəsi qəzaya uğrayıb

ABŞ-nin şimal-qərbində, Vaşinqton ştatının Susiya adası sahillərində “Kenmore Air” aviaşirkətinə məxsus dəniz təyyarəsi qəzaya uğrayıb. Əks-səda xəbər verir ki, bu barədə “Fox News” telekanalının yerli bölməsi məlumat yayıb. Baş vermiş qəza nəticəsində dörd nəfər xəsarət alıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə anında təyyarənin göyərtəsində 10 sərnişin və bir pilot olub. Axtarışlar nəticəsində onların hər biri […]

ABŞ-nin şimal-qərbində, Vaşinqton ştatının Susiya adası sahillərində “Kenmore Air” aviaşirkətinə məxsus dəniz təyyarəsi qəzaya uğrayıb.

Əks-səda xəbər verir ki, bu barədə “Fox News” telekanalının yerli bölməsi məlumat yayıb.

Baş vermiş qəza nəticəsində dörd nəfər xəsarət alıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə anında təyyarənin göyərtəsində 10 sərnişin və bir pilot olub. Axtarışlar nəticəsində onların hər biri sağ tapılıb və insan itkisi qeydə alınmayıb. Xəsarət alan dörd nəfər Orkas adası və Bellinqhemdə yerləşən tibb müəssisələrinə təxliyə edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.