• Home  
  • Almaniyada kütləvi atışma təhdidi səbəbindən bəzi məktəblərdə dərslər ləğv edilib
- Cəmiyyət - Dünya - Gündəm

Almaniyada kütləvi atışma təhdidi səbəbindən bəzi məktəblərdə dərslər ləğv edilib

Oşersleben şəhərində (Almaniya) bir neçə məktəbdə kütləvi atışma ilə bağlı anonim təhdid səbəbindən əyani dərslər ləğv edilib. Əks-səda xəbər verir ki, bu barədə Almaniya mediası polisə istinadən məlumat yayıb. Bununla belə, bağlanan məktəblərin dəqiq sayı qeyd olunmur. Hüquq-mühafizə orqanlarının məlumatına görə, müvafiq təhdid ötən gün axşam edilib. Buna görə də təhlükəsizlik məqsədilə bir sıra məktəblər distant […]

Oşersleben şəhərində (Almaniya) bir neçə məktəbdə kütləvi atışma ilə bağlı anonim təhdid səbəbindən əyani dərslər ləğv edilib.

Əks-səda xəbər verir ki, bu barədə Almaniya mediası polisə istinadən məlumat yayıb.

Bununla belə, bağlanan məktəblərin dəqiq sayı qeyd olunmur.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, müvafiq təhdid ötən gün axşam edilib. Buna görə də təhlükəsizlik məqsədilə bir sıra məktəblər distant təhsilə keçib. Məktəblərin oktyabrın 14-də işini bərpa edəcəyi planlaşdırılır.

Bundan başqa, polis məktəblərin və uşaq bağçalarının qarşısında nəzarəti gücləndirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.