• Home  
  • “Vilyarreal” 3 gənc futbolçusunu komandaya cəlb edib
- Dünya - Gündəm - Idman

“Vilyarreal” 3 gənc futbolçusunu komandaya cəlb edib

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın “Vilyarreal” klubu akademiyasının 3 yetirməsi – Karlos Masia, Ruben Qomes və Alassan Diattanı komandaya cəlb edib. Əks-səda xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gənc futbolçular 2026/2027 mövsümündən baş məşqçi İnyiqo Peresin rəhbərlik etdiyi kollektivdə oynayacaqlar. Yarımmüdafiəçi Karlos Masia “16”, qolkiper Ruben Qomes “13”, seneqallı […]

İdman

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın “Vilyarreal” klubu akademiyasının 3 yetirməsi – Karlos Masia, Ruben Qomes və Alassan Diattanı komandaya cəlb edib.

Əks-səda xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gənc futbolçular 2026/2027 mövsümündən baş məşqçi İnyiqo Peresin rəhbərlik etdiyi kollektivdə oynayacaqlar.

Yarımmüdafiəçi Karlos Masia “16”, qolkiper Ruben Qomes “13”, seneqallı futbolçu Alassan Diatta isə “5” nömrəli formanı geyinəcəklər.

Qeyd edək ki, “Vilyarreal” – “Sabah” matçı dekabrın 8-də “Estadio de la Ceramica” stadionunda keçiriləcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.