Dövlət sərhədində bir ay ərzində yarım tona yaxın narkotik aşkarlanıb.
Əks-səda xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
Bildirilib ki, son bir ay ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 472 kiloqram 225 qram narkоtik vasitə və 16 615 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.


