• Home  
  • WSJ: ABŞ bütün bombardmançı təyyarələrini “Ferford” bazasından çıxarıb
- Dünya - Gündəm - Siyasət

WSJ: ABŞ bütün bombardmançı təyyarələrini “Ferford” bazasından çıxarıb

Ötən həftə baş vermiş insidentdən sonra ABŞ Hərbi Hava Qüvvələrinin bütün “B-1” strateji bombardmançı təyyarələri Britaniyanın “Ferford” aviabazasından çıxarılaraq Birləşmiş Ştatlara qaytarılıb. Əks-səda xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ administrasiyasının adı açıqlanmayan rəsmi şəxslərinə istinadən yazıb. Qeyd olunub ki, son vaxtlara qədər təxminən 10 ABŞ strateji bombardmançı təyyarəsi sözügedən aviabazada […]

Siyasət

Ötən həftə baş vermiş insidentdən sonra ABŞ Hərbi Hava Qüvvələrinin bütün “B-1” strateji bombardmançı təyyarələri Britaniyanın “Ferford” aviabazasından çıxarılaraq Birləşmiş Ştatlara qaytarılıb.

Əks-səda xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ administrasiyasının adı açıqlanmayan rəsmi şəxslərinə istinadən yazıb.

Qeyd olunub ki, son vaxtlara qədər təxminən 10 ABŞ strateji bombardmançı təyyarəsi sözügedən aviabazada yerləşdirilmişdi. ABŞ hərbçiləri İrana zərbələr endirmək məqsədilə bombardmançıları havaya qaldırmaq üçün bu obyektdən keçid məntəqəsi kimi istifadə edirdilər.

“Operativ təhlükəsizlik mülahizələri qüvvə və vasitələrimizin yerdəyişmələri barədə real vaxt rejimində məlumatı təsdiqləməyə bizə imkan vermirdi. İndi biz etiraf edə bilərik ki, “Ferford” aviabazasında yerləşdirilmiş bütün ABŞ bombardmançıları ABŞ-dəki daimi bazalarına yenidən dislokasiya edilib”, – nəşr Pentaqonun bəyanatından sitat gətirib.

Yaşları 23-dən 25-ə qədər, hamısı London sakini olan beş nəfər sentyabrın 27-də İngiltərənin qərbindəki Qlosterşir qraflığında, Ferford aviabazasının ətrafında saxlanılıb. Növbəti gün onlar zaminə buraxılıblar, baxmayaraq ki, əvvəlcə partlayıcı maddələr və terrorizm haqqında qanunları pozmaqda şübhəli bilinirdilər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.