• Home  
  • WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
- Dünya - Gündəm - Texnologiya

WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib

ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. Əks-səda xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, “Fort-İrvin” bazasındakı 10 günlük təlimlər iyul ayında keçirilib. Bu zaman səhrada havanın temperaturu +43°C-yə yaxınlaşıb, bu səbəbdən serverlər […]

Texnologiya

ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır.

Əks-səda xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzetinin materialında deyilir.

Qeyd olunub ki, “Fort-İrvin” bazasındakı 10 günlük təlimlər iyul ayında keçirilib. Bu zaman səhrada havanın temperaturu +43°C-yə yaxınlaşıb, bu səbəbdən serverlər həddindən artıq qızıb, PUA-ların akkumulyatorları isə boşalıb və onları yenidən enerji ilə doldurmaq mümkün olmayıb.

Nəşrin məlumatına görə, isti hava səbəbindən “Anduril” PUA-larından birini yerə endirməli olublar, “Theiss UAV Solutions” dronunun buraxılışı isə təxminən 10 dəqiqə çəkib.

Həmçinin dronlar güclü külək həmlələrinə qarşı davamsız olub, dağ silsilələrinin arxasında uçuşlar zamanı isə operatorlarla əlaqə itirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.