• Home  
  • Yanvar-sentyabr aylarında Gürcüstandan 143 Azərbaycan vətəndaşı deportasiya edilib
- Dünya - Gündəm - Siyasət

Yanvar-sentyabr aylarında Gürcüstandan 143 Azərbaycan vətəndaşı deportasiya edilib

2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstandan 143 Azərbaycan vətəndaşı deportasiya edilib. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəsmi statistikasında qeyd olunub. Bildirilib ki, cari ilin ilk 9 ayında Gürcüstandan ümumilikdə 3170 əcnəbi çıxarılıb. Bu göstərici 2025-ci ilin bütün ili üzrə qeydə alınan 1311 nəfərlə müqayisədə təxminən 2,5 dəfə, 2024-cü ildəki 363 nəfərlə müqayisədə […]

2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstandan 143 Azərbaycan vətəndaşı deportasiya edilib.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəsmi statistikasında qeyd olunub.

Bildirilib ki, cari ilin ilk 9 ayında Gürcüstandan ümumilikdə 3170 əcnəbi çıxarılıb. Bu göstərici 2025-ci ilin bütün ili üzrə qeydə alınan 1311 nəfərlə müqayisədə təxminən 2,5 dəfə, 2024-cü ildəki 363 nəfərlə müqayisədə isə təxminən 9 dəfə çoxdur.

2026-cı ilin ilk 9 ayında Gürcüstandan ən çox vətəndaşı deportasiya edilən ölkələrin ilk onluğuna Türkiyə – 791 nəfər, Hindistan – 306 nəfər, Türkmənistan – 274 nəfər, Rusiya – 254 nəfər, İran – 180 nəfər, Azərbaycan – 143 nəfər, Çin – 119 nəfər, Pakistan – 101 nəfər, Misir – 91 nəfər, Özbəkistan – 87 nəfər daxildir.

İlk onluğa daxil olan ölkələrin vətəndaşları Gürcüstandan deportasiya edilənlərin ümumi sayının 74 faizindən çoxunu təşkil edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.