Yasamalda avtomobildən oğurluq olub.
Əks-səda xəbər verir ki, bu barəd’ə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonunda “Toyota” markalı avtomobildən oğurluq edilib. Daxil olmuş məlumat əsasında Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş S.Vahabov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub, o, nəqliyyat vasitəsinin yük yerinin açıq olmasından istifadə edərək dəyəri 2666 manat olan noutbuku talayıb.
Araşdırmalar davam etdirilir.


