• Home  
  • Yəmən ordusu husilərin mövqelərinə zərbələr endirib
- Dünya - Gündəm - Hadisə

Yəmən ordusu husilərin mövqelərinə zərbələr endirib

Yəmənin hökumət qüvvələri Sənada husilərin mövqelərinə, həmçinin ölkənin şimal-qərbindəki Səədə əyalətinə və cənub-qərbindəki Taiz əyalətinə zərbə endirib. Əks-səda xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı Yəmən ordusunun nümayəndəsi Məcid ən-Nüzeylinin bəyanatına istinadən məlumat yayıb. Onun sözlərinə görə, hökumət qüvvələri paytaxt Sənada mühüm hədəfləri vurub. Əlavə təfərrüatlar verilməyib. M.Nüzeyli əlavə edib ki, hökumət qüvvələri həmçinin Səədə […]

Hadisə

Yəmənin hökumət qüvvələri Sənada husilərin mövqelərinə, həmçinin ölkənin şimal-qərbindəki Səədə əyalətinə və cənub-qərbindəki Taiz əyalətinə zərbə endirib.

Əks-səda xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı Yəmən ordusunun nümayəndəsi Məcid ən-Nüzeylinin bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hökumət qüvvələri paytaxt Sənada mühüm hədəfləri vurub. Əlavə təfərrüatlar verilməyib.

M.Nüzeyli əlavə edib ki, hökumət qüvvələri həmçinin Səədə əyalətində 11 mühüm hədəfə zərbələr endirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.