• Home  
  • Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
- Dünya - Gündəm - Hadisə

Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb

Yeni Zelandiyanın Nqavi qəsəbəsi yaxınlığında kütləvi şəkildə sahilə vurulan və qara delfinlər kimi də tanınan bütün qrindlər ölüb. Əks-səda xəbər verir ki, bu barədə “Project Jonah” beynəlxalq ekoloji təşkilatı “Facebook”da məlumat yayıb. Paylaşımda qeyd olunur ki, ötən gün sahilboyu bir neçə kilometr ərazidə 40-dan 50-dək heyvan aşkar edilib. Onların çoxu hələ aşkarlanmazdan əvvəl, qalanları isə gün […]

Yeni Zelandiyanın Nqavi qəsəbəsi yaxınlığında kütləvi şəkildə sahilə vurulan və qara delfinlər kimi də tanınan bütün qrindlər ölüb.

Əks-səda xəbər verir ki, bu barədə “Project Jonah” beynəlxalq ekoloji təşkilatı “Facebook”da məlumat yayıb.

Paylaşımda qeyd olunur ki, ötən gün sahilboyu bir neçə kilometr ərazidə 40-dan 50-dək heyvan aşkar edilib. Onların çoxu hələ aşkarlanmazdan əvvəl, qalanları isə gün ərzində ölüb.

Təşkilatdan bildiriblər ki, güclü dalğalar, qabarma zonasındakı boş çınqıl və iti qayalar, eləcə də ərazinin yaşayış məntəqəsindən uzaq olması xilasetmə əməliyyatını çətinləşdirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.