• Home  
  • Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası müşahidə olunur
- Dünya - Gündəm - Hadisə - Maraqlı

Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası müşahidə olunur

Oktyabrın 10-u axşam saatlarında Yerdə başlayan maqnit qasırğası iyul ayından bəri ən güclü qasırğa olub. Əks-səda TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasınıdan məlumat verilib. “Yerdə son üç ayın ən güclü maqnit qasırğası baş verir. Sonuncu dəfə bu gücdə maqnit qasırğası 4 iyul 2026-cı ildə müşahidə olunub”, – məlumatda bildirilib. Alimlər qeyd ediblər […]

Hadisə

Oktyabrın 10-u axşam saatlarında Yerdə başlayan maqnit qasırğası iyul ayından bəri ən güclü qasırğa olub.

Əks-səda TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasınıdan məlumat verilib.

“Yerdə son üç ayın ən güclü maqnit qasırğası baş verir. Sonuncu dəfə bu gücdə maqnit qasırğası 4 iyul 2026-cı ildə müşahidə olunub”, – məlumatda bildirilib.

Alimlər qeyd ediblər ki, geomaqnit təlatümlərinin səbəbi həftənin əvvəlində Günəş aktivliyinin güclü sıçrayışı zamanı kosmosa atılan günəş plazması buludlarının Yerə çatması olub.

Hazırda maqnit qasırğasının intensivliyi beş ballıq şkala üzrə G3 (“güclü”) səviyyəsinə uyğundur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.