• Home  
  • Yevlaxda avtomobil motosikletlə toqquşub, ölən var
- Gündəm - Hadisə - Ölkə

Yevlaxda avtomobil motosikletlə toqquşub, ölən var

Yevlaxda avtomobilin motosikletlə toqquşması nəticəsində 1 nəfər ölüb. Əks-səda xəbər verir ki, 2005-ci il təvəllüdlü Yevlax rayon sakini İsayev Nazim Nail oğlu etibarnamə ilə idarə etdiyi VAZ-2106 markalı avtomobillə Yevlax şəhəri, Füzuli küçəsi ilə hərəkətdə olan zaman 1954-cü il təvəllüdlü Yevlax şəhər sakini Kərimov Mahmud Talıb oğlunun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü Mahmud […]

Hadisə

Yevlaxda avtomobilin motosikletlə toqquşması nəticəsində 1 nəfər ölüb.

Əks-səda xəbər verir ki, 2005-ci il təvəllüdlü Yevlax rayon sakini İsayev Nazim Nail oğlu etibarnamə ilə idarə etdiyi VAZ-2106 markalı avtomobillə Yevlax şəhəri, Füzuli küçəsi ilə hərəkətdə olan zaman 1954-cü il təvəllüdlü Yevlax şəhər sakini Kərimov Mahmud Talıb oğlunun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub.

Nəticədə motosikletin sürücüsü Mahmud Kərimov beyin silkələnməsi və kəllə sümüyünün sınığı xəsarətləri alaraq xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.