• Home  
  • Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb
- Dünya - Gündəm

Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Əks-səda xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a “Ermənistan” blokunun deputatı Aqnessa Xamoyan məlumat verib. Vergi xidməti Köçəryanlar ailəsinə məxsus “Toyota” salonunu möhürləyib. Həmçinin “Oranj fitnes” idman kompleksində istintaq hərəkətləri həyata keçirilir. Səhər saatlarından etibarən Robert Köçəryanın oğlu Levonun evində axtarışlar aparılır. Antikorrupsiya Komitəsindən bildirilib ki, cinayət […]

Ermənistan, Robert Köçəryan

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

Əks-səda xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a “Ermənistan” blokunun deputatı Aqnessa Xamoyan məlumat verib.

Vergi xidməti Köçəryanlar ailəsinə məxsus “Toyota” salonunu möhürləyib. Həmçinin “Oranj fitnes” idman kompleksində istintaq hərəkətləri həyata keçirilir. Səhər saatlarından etibarən Robert Köçəryanın oğlu Levonun evində axtarışlar aparılır. Antikorrupsiya Komitəsindən bildirilib ki, cinayət işinin icraatı çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.