• Home  
  • Yunanıstan sahillərində göyərtəsində 29 nəfər olan bərə yanıb
- Dünya - Gündəm - Hadisə

Yunanıstan sahillərində göyərtəsində 29 nəfər olan bərə yanıb

Yunanıstanın turist adası Mikonos yaxınlığında avtomobil bərəsinin göyərtəsində yanğın baş verib. Əks-səda “Reuters” agentliyinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatında sahil mühafizəsinin ən azı beş gəmisi və iki yanğınsöndürmə kateri iştirak edib. Bərənin göyərtəsində 29 nəfər – 28 ekipaj üzvü və bir sərnişin olub. Sahil mühafizəsinin məlumatına görə, insanlar təxliyə edilməyib, eyni zamanda göyərtədə olanlardan heç […]

Hadisə

Yunanıstanın turist adası Mikonos yaxınlığında avtomobil bərəsinin göyərtəsində yanğın baş verib.

Əks-səda “Reuters” agentliyinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatında sahil mühafizəsinin ən azı beş gəmisi və iki yanğınsöndürmə kateri iştirak edib.

Bərənin göyərtəsində 29 nəfər – 28 ekipaj üzvü və bir sərnişin olub. Sahil mühafizəsinin məlumatına görə, insanlar təxliyə edilməyib, eyni zamanda göyərtədə olanlardan heç kəs xəsarət almayıb.

Bərənin sahib olan Blue Star Ferries şirkətinin nümayəndəsi də xəsarət alanların olmadığını təsdiqləyib. Onun sözlərinə görə, ekipaj yanğının söndürülməsi üçün tədbirlər görür.

Yerli medianın dərc etdiyi təsdiqlənməmiş görüntülərdə açıq dənizdə olan gəminin üzərindən qalxan tüstü sütunu görünür.

Yanğının səbəbi hələlik məlum deyil.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.