• Home  
  • Zabrat–Maştağa avtomobil yolunun bir hissəsi bağlanıb
- Cəmiyyət - Gündəm - Ölkə

Zabrat–Maştağa avtomobil yolunun bir hissəsi bağlanıb

Bakının Sabunçu rayonunda Zabrat–Maştağa avtomobil yolunun Zabrat dairəsindən Maştağa qəsəbəsi Elşən Məhərrəmli küçəsi ilə kəsişməyədək olan hissəsində oktyabrın 17-dən etibarən təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, əks istiqamətdə isə oktyabrın 19-u saat 08:00-dan etibarən tam […]

Bakının Sabunçu rayonunda Zabrat–Maştağa avtomobil yolunun Zabrat dairəsindən Maştağa qəsəbəsi Elşən Məhərrəmli küçəsi ilə kəsişməyədək olan hissəsində oktyabrın 17-dən etibarən təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub.

Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, əks istiqamətdə isə oktyabrın 19-u saat 08:00-dan etibarən tam məhdudiyyət tətbiq olunacaq.

“Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur”, – AAYDA-dan qeyd edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.