Year: 2026

Gündəm KriminaI Ölkə

Gürcüstandan Azərbaycana 433 mobil telefonun keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində mobil telefonların bəyan olunmadan gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. Əks-səda xəbər verir ki, bu barədə komitə məlumat yayıb. Bildirilib ki, İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gizlədilən, gömrük orqanına bəyan edilməyən […]

Cəmiyyət Manşet Ölkə

MKA “WhatsApp”da yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) qarşıdan gələn Zəfər Günü ilə əlaqədar “WhatsApp” platformasında yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib. Əks-səda MKA-ya istinadən xəbər verir ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Prezidenti adından 100 manat məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir. “MKA vətəndaşlara dövlət qurumları və rəsmi […]

Dünya Gündəm Hadisə

Hindistan gəmisi Oman sahillərində hücuma məruz qalıb, 1 heyət üzvü həlak olub

Oman sahillərində Hindistanın yük gəmisinə endirilən zərbə nəticəsində 1 heyət üzvü həlak olub. Əks-səda “Hindustan Times”a istinadən xəbər verir ki, bu barədə Hindistanın limanlar, su yolları və gəmiçilik naziri Sarbananda Sonoval sosial şəbəkələrdə bildirib. “Noyabrın 2-də göyərtəsində 14 hindistanlı dənizçinin olduğu “MSV AL JUSUFI” gəmisi Oman sahillərində naməlum hava obyektinin zərbəsinə məruz qalıb. Ekipajın 13 üzvü […]

Gündəm Idman Ölkə

“Neftçi” əsrin rekorduna imza atıb

Misli Premyer Liqasının lideri “Neftçi” keçirdiyi 10 qarşılaşmada 25 qol vurmaqla özü üçün XXI əsrin rekorduna imza atıb. Əks-səda xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bakı klubunun mövsümün ilk 10 çempionat matçında ən azı 25 qol vurması sonuncu dəfə 2000-ci ildə qeydə alınıb. Paytaxt təmsilçisi 2000/2001 mövsümünün müvafiq dövründə 28 qol vurub. […]

Dünya Gündəm Siyasət

Nikol Paşinyan Brüsselə yollanıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb. Əks-səda xəbər verir ki, bu barədə Ermənistan mediası Baş nazirin mətbuat katibi Melaniya Arutyunyana istinadən məlumat yayıb. N.Paşinyan “Avropanın gələcəyi” şüarı altında keçiriləcək “Aİ-nin genişlənməsi üzrə Sammit 2026″da iştirak edəcək. Səfər zamanı, həmçinin xarici tərəfdaşlarla ikitərəfli görüşlər planlaşdırılır.

Dünya Gündəm Hadisə

Nepalda iki helikopter toqquşub, ölən və yaralanan var

Nepalın Everest bölgəsindəki Periçe kəndində iki helikopterin eniş zamanı toqquşması nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə “Kathmandu Post” məlumat yayıb. Bildirilib ki, hər iki pilot yüngül xəsarətlər alıb və Katmanduya aparılıb. Polisdən qeyd edilib, həlak olan hindistanlı turistin meyiti Lukladakı xəstəxanaya çatdırılıb. Toqquşma anında hər iki helikopterin […]

Cəmiyyət Gündəm Ölkə

Qobustanda daha bir körpü yenilənəcək

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində daha bir körpünün yenilənməsi nəzərdə tutulur. Əks-səda bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, son bir neçə ayda rayonda 5 yeni körpü inşa edilərək istifadəyə verilib. Onlardan 3-ü Qobustan qəsəbəsi ərazisində, Bakı–Ələt–Qazax magistral avtomobil yolunun 55-ci kilometrində, digər 2-si isə Səngəçal–Çeyildağ və Lökbatan–Güzdək avtomobil yollarında yerləşir. […]

Dünya Gündəm Hadisə

Manisada təcili tibbi yardım maşını ilə traktor toqquşub

Türkiyənin Manisa şəhərinin Köprübaşı rayonunda xəstə daşıyan təcili tibbi yardım maşını ilə traktorun toqquşması nəticəsində 6 nəfər yaralanıb. Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, əraziyə tibb, yanğınsöndürmə və jandarm qrupları göndərilib. Qəzada sürücülərlə yanaşı, təcili yardım maşınındakı 2 işçi və xəstə, eləcə də traktorda olan şəxs yaralanıb. Xəstəxanaya aparılan yaralıların vəziyyəti yaxşıdır. Qəza səbəbindən bir […]

Manşet Ölkə Rəsmi Siyasət

Prezident İlham Əliyev Panama Prezidentini milli bayram münasibətilə təbrik edib

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. Əks-səda xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Panama Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Əminəm ki, Azərbaycan-Panama dostluq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, […]

Manşet Ölkə Rəsmi Siyasət

Prezident İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Keniyanın yeni səfiri Cona Mayna Mvangini qəbul edib. Əks-səda xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. İlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Rutonun Azərbaycana səfərini, həmçinin onunla Azərbaycanda və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini məmnunluqla xatırladıb. İki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.