Year: 2026

Manşet Ölkə Siyasət

Azərbaycan Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxs” elan edib – Siyahı

Azərbaycan Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, həmin şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş […]

Dünya Gündəm Hadisə KriminaI

Polşada qətllər planlaşdırmaqda şübhəli bilinən 16 yaşlı yeniyetmə saxlanılıb

Polşada 16 yaşlı yeniyetmə bir neçə nəfəri öldürməyi planlaşdırmaqda şübhəli bilinərək həbs edilib. Əks-səda xəbər verir ki, bu barədə Polşa mediası hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Məhkəmə onun növbəti üç ayı yetkinlik yaşına çatmayanların saxlama mərkəzində keçirməsi barədə qərar çıxarıb. Daha sonra isə onun işinə ailə işləri üzrə məhkəmə baxacaq. Polisə yeniyetmənin bir neçə nəfəri öldürməyə hazırlaşdığı […]

Gündəm Hadisə Ölkə

Bakının mərkəzində restoran yanıb

Bakının mərkəzində restoran yanıb. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Səbail rayonu, Əziz Əliyev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə […]

Cəmiyyət Gündəm Ölkə

Sabah İmişli, Saatlı, Sabirabad və Şirvanın bəzi ərazilərində qaz kəsiləcək

Sabah İmişli, Saatlı, Sabirabad rayonları və Şirvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinin aparacağı təmir-quraşdırma işləri ilə bağlı oktyabrın 22-də saat 08:00-dan işlər yekunlaşana qədər İmişli, Saatlı, Sabirabad rayonunlarının […]

Dünya Gündəm Texnologiya

“ChatGPT”də təhlükəsiz yazışma funksiyası istifadəyə verilib

“OpenAI” “ChatGPT”yə dördrəqəmli PIN-kodla giriş məhdudlaşdırıla bilən qorunan çat funksiyasını tədricən tətbiq etməyə başlayıb. Əks-səda xəbər verir ki, bu barədə tərtibatçı şirkət məlumat yayıb. Belə yazışmalar adi tarixdən, bərkidilmiş çatların siyahısından və ümumi axtarışdan gizlədilir. Onlar giriş üçün hesabın PIN-kodunu tələb edən “Projects > Locked chats” bölməsində saxlanılır. Dəstəklənən mobil qurğularda onun əvəzinə “Face ID”, “Touch […]

Gündəm Hadisə Ölkə

Masazırda avtomobil piyadanı vuraraq öldürüb

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. Əks-səda xəbər verir ki, Vahidov Vahim Xankişi oğlu idarə etdiyi “Mercedes Benz Viano” markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazidə piyada Əzimov Zaur Zakir oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Gündəm Hadisə Ölkə

Buzovnada 4 mərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Buzovnada 4 mərtəbəli yaşayış binasında yanğın olub. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, “112” qaynar telefon xəttinə Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. “Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının dördüncü […]

Dünya Gündəm Texnologiya

“OpenAI”nin süni intellekt agentləri öz davranışlarını izləyən monitorinq sistemlərindən iki dəfə yayınıb

“OpenAI”nin süni intellekt agentləri botların yanlış davranışını izləməli olan daxili monitorinq sistemlərini zəiflədib. Əks-səda xəbər verir ki, bu barədə tərtibatçı şirkət öz saytında məlumat verib. Söhbət 3 oktyabr və 6 oktyabrda baş vermiş iki hadisədən gedir. Birinci halda test tapşırığını yerinə yetirən “GPT-6.1 Sol” agenti, əvvəllər aldığı “Slack”ə mesaj göndərməmək göstərişinin təhlükəsizliklə bağlı bildirişlərə də şamil […]

Dünya Gündəm Hadisə

Saxalin sahilində neft məhsullarının sızması baş verib

“Rosprirodnadzor” mütəxəssisləri Rusiyanın şərqində, Saxalinin cənub-qərb sahilində yerləşən Tomari rayonunun sahilində aşkar edilmiş neft məhsulları sızmasının mənbəyini müəyyənləşdirirlər. Əks-səda xəbər verir ki, bu barədə rayon administrasiyasının mətbuat xidmətindən “İnterfaks”a məlumat verilib. “Penzenskoye kəndi ərazisində sahilin üç kilometrlik hissəsi neft məhsullarından təmizlənib. Uzunluğu hələ müəyyən edilməyən daha iki sahəni təmizləmək qalır. Ərazinin çirklənməsinin tam sahəsini hələlik göstərə bilmərik”, […]

Dünya Gündəm Texnologiya

Pentaqon Şimali Karolinada çip istehsalına 1,5 milyard dollar yatırım edir

Pentaqon Şimali Karolinada qabaqcıl mikrosxemlərin istehsalına 1,5 milyard dollar yönəldəcək. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp həmin ştatda tərəfdarları qarşısında çıxış edərkən danışıb. “Müharibə Nazirliyi Şimali Karolinada qabaqcıl yarımkeçirici çiplərin istehsalına 1,5 milyard dollar investisiya yatırır”, – o bildirib. Amerika lideri daha əvvəl bildirmişdi ki, Birləşmiş Ştatlar mikrosxemlərin istehsalı üzrə özünün böyük […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.