Year: 2026

Gündəm Hadisə Ölkə

Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb

Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb. Əks-səda xəbər verir ki, Yevlax rayonu rayon mərkəzi xəstəxanasında Səmədabad kənd sakini 1996-cı il təvəllüdlü Çimnaz Elçin qızı Paşayevanın uşağı qeysəriyyə əməliyyatı zamanı ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Dünya Gündəm Hadisə

“Çampi” qasırğası Filippinə yaxınlaşır

“Çampi” qasırğası yaxın günlərdə Filippin, Çin və Yaponiyaya şiddətli leysan yağışları və güclü küləklər gətirəcək. Əks-səda “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Asiya mediası məlumat yayıb. Qeyd olunub ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, çərşənbə günü səhər saatlarına olan vəziyyətə əsasən, “Çampi” saatda 25 km sürətlə şimal-qərb istiqamətində hərəkət edib və Filippinin şərq sahillərindən təxminən […]

Dünya Gündəm Hadisə Siyasət

Portuqaliyada etiraz aksiyaları bu həftə bərpa olunacaq

Portuqaliyada mənzil çatışmazlığı və daşınmaz əmlak qiymətlərinin artması ilə əlaqədar etiraz aksiyaları bu həftə bərpa ediləcək. Əks-səda xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Belə ki, paytaxt Lissabonda nümayişçilər daha əvvəl qurduqları düşərgəni polisin təzyiqi ilə dağıtmağa məcbur edildikdən sonra Daxili İşlər Nazirliyinin qadağasına baxmayaraq bu gün Rossio meydanında yenidən düşərgə salacaqlarını vəd ediblər. […]

Gündəm Ölkə Texnologiya

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

Bu ilin sentyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (92,94 Mbps) görə avqust ayına nisbətən 3 pillə geriləyərək 150 ölkə arasında 81-ci olub. Əks-səda “Speedtest Global Index”ə istinadən xəbər verir ki, ötən ay bir il əvvəlki göstərici (84,02 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 10,6 % artıb. Sabit genişzolaqlı internetin sürətinə görə […]

Dünya Gündəm Hadisə

Oman sahillərində tanker mərmi ilə vurulub

Tanker Omandakı Buxxa şəhərindən təxminən 20 kilometr qərbdə naməlum mərmi ilə vurulub. Əks-səda “Ynet”ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. İdarənin məlumatına görə, gəmidə baş verən yanğın söndürülüb, gəmi lövbər salıb. Ekipajın bütün üzvləri təhlükəsizlikdədir, xəsarət alanlar barədə məlumat yoxdur.

Dünya Gündəm Hadisə

Yunanıstanın 50-dən çox şəhərində genişmiqyaslı mitinqlər keçiriləcək

Yunanıstanın 50-dən çox şəhərində məktəblilər, tələbələr və müəllimlər genişmiqyaslı mitinqlər keçirməyi planlaşdırırlar. Əks-səda xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Etirazçılar hakimiyyətdən kadr çatışmazlığı problemlərinin aradan qaldırılmasını, tədris binalarının təhlükəsizliyinin təmin edilməsini, əmək haqqlarının artırılmasını, dövlət təhsilinin maliyyələşdirilməsinin artırılmasını və s. tələb edirlər. Müəllimlər Federasiyası DOE çərşənbə günü üçün 24 saatlıq tətil elan edib, […]

Gündəm KriminaI Ölkə

Tikinti və təmir adı ilə vətəndaşların pulunu ələ keçirməkdə şübhəli bilinən şirkət rəhbəri saxlanılıb

Evlərin tikintisi və təmiri adı ilə vətəndaşların pulunu ələ keçirməkdə şübhəli bilinən şirkət rəhbəri saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, araşdırmalar zamanı tikinti şirkətlərindən birinin rəhbəri Elsevər Əliyevin fərdi yaşayış evi təmiri üçün bir vətəndaşdan 888 min 731 manat aldığı, lakin nəzərdə tutulan işləri tam yerinə yetirmədiyi müəyyən edilib. […]

Cəmiyyət Gündəm Ölkə

Azərbaycanın rayonlarında sabah hava yağışlı olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, […]

Dünya Gündəm Siyasət

Monteneqro noyabrdan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir

Monteneqro noyabrın 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir. Əks-səda xəbər verir ki, bu barədə Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik TASS-a müsahibəsində bildirib. “Monteneqro tərəfi noyabrın 1-dən Rusiya Federasiyası ilə Monteneqro hökuməti arasında ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin şərtləri haqqında 24 sentyabr 2008-ci il tarixli sazişin qüvvədən düşməsi barədə bizə rəsmi bildiriş göndərib. Həmin tarixdən etibarən […]

Cəmiyyət Gündəm Ölkə

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

Azərbaycanda məktəblərdə “Tiktok”a çıxış məhdudlaşdırılıb. Əks-səda xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub: “Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.