Year: 2026

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur

Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq. Əks-səda Milli.Az-a istinadən xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyalar üzrə müvafiq addımlar atılacaq: Media və internet: LGBT münasibətlərini təşviq etdiyi hesab olunan məlumatların […]

Qanun
Manşet Ölkə Qanun Rəsmi

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Əks-səda xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir: “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər: Ağır cinayətlər məhkəmələri üzrə: Bakı Ağır Cinayətlər Məhkəməsi Muradov Pərviz Namiq oğlu […]

Siyasət
Gündəm Ölkə Siyasət

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyən edilib

Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyən edilib. Əks-səda xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib: “Komissiyanın sədri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Komissiya sədrinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini Komissiyanın üzvləri: Azərbaycan Respublikası ekologiya […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bu gündən Azərbaycanda ov mövsümü açılıb

Azərbaycanda bu gündən etibarən ov mövsümü açıq elan edilib. Əks-səda xəbər verir ki, bu barədə qərar “Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın iclasında qəbul edilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilərlər.

Hadisə
Dünya Gündəm Hadisə

Cənubi Koreyada ticarət binasında tavanın çökməsi nəticəsində 38 nəfər yaralanıb

Cənubi Koreyanın Tequ şəhərində ticarət mərkəzində tavanın bir hissəsinin çökməsi nəticəsində azı 38 nəfər yaralanıb. Əks-səda “Yonhap”a istinadən xəbər verir ki, hadisə anında binada 66 nəfər olub. Binadakılar təxliyə olunublar, lakin 38 nəfər yüngül xəsarət alıb. 9 zərərçəkən xəstəxanalara çatdırılıb. Onların həyatı üçün təhlükə yoxdur. Hakimiyyət orqanları axtarış işləri başa çatdıqdan sonra hadisənin səbəbini müəyyənləşdirmək niyyətindədir.

Siyasət
Dünya Gündəm Siyasət

Donald Tramp: Səkkiz Nobel Sülh Mükafatına layiqəm

ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasında rol oynadığını iddia edərək səkkiz Nobel Sülh Mükafatına layiq olduğunu bildirib. Əks-səda xəbər verir ki, Amerika lideri bu barədə Truth Social sosial şəbəkəsində yazıb və Norveç Nobel Komitəsinin qərarından narazılığını ifadə edib. “Mən səkkiz müharibəni nizamlamışam. Kömək etdiyim ölkələrin prezidentləri və baş nazirləri Norveç Nobel Komitəsinə məktublar göndəriblər. Əslində, […]

Hadisə
Dünya Gündəm Hadisə KriminaI

Braziliyada uşaq bağçasında 13 nəfəri girov götürən silahlı şəxs öldürülüb

Braziliyanın Parana ştatının Kuritiba şəhərində xüsusi təyinatlılar uşaq bağçasına daxil olaraq 13 uşağı və müəssisənin əməkdaşlarını təxminən üç saat girov saxlayan silahlı şəxsi zərərsizləşdiriblər. Əks-səda UOL portalına istinadən xəbər verir ki, bu barədə ştatın hərbi polisi məlumat yayıb. Hadisə günün ikinci yarısında San-Braz rayonundakı bələdiyyə məktəbəqədər təhsil mərkəzində baş verib. Kişi hasardan aşaraq binaya daxil olub […]

Hadisə
Dünya Gündəm Hadisə

Qasırğa Alabama və Florida ştatlarında 170 mindən çox abonenti işıqsız qoyub

ABŞ-nin Alabama və Florida ştatlarında “İsaías” qasırğasının sahilə yaxınlaşması fonunda 170 mindən çox abonent elektrik enerjisiz qalıb. Əks-səda xəbər verir ki, bu barədə “PowerOutage” monitorinq xidmətinin məlumatlarında bildirilib. Bakı vaxtı ilə saat 02:30-a olan məlumata görə, Alabama ştatında 68,8 min, Floridada isə 93,8 min abonentin elektrik təchizatında fasilələr yaranıb. Bundan başqa, Luiziana ştatında 3,4 min, Missisipi ştatında […]

Texnologiya
Dünya Gündəm Texnologiya

Çin “SatNet” aşağıorbitli rabitə peyklərinin 27-ci qrupunu uğurla orbitə çıxarıb

Çin “SatNet” aşağıorbitli rabitə peyklərinin 27-ci qrupunu uğurla orbitə çıxarıb. Əks-səda xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) “WeChat” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. Buraxılış Çinin cənubundakı Haynan əyalətində yerləşən Vençan kosmodromunun kommersiya buraxılış meydançasından həyata keçirilib. Peyklər “Çançjen-12” (CZ-12) daşıyıcı raketi vasitəsilə orbitə çıxarılıb. Bu missiya “Çançjen” ailəsinə məxsus raketlərin ümumilikdə […]

Cəmiyyət
Cəmiyyət Dünya Manşet Texnologiya

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrın 1-dən qüvvəyə minəcək. Əks-səda xəbər verir ki, müvafiq normativ akt Türkiyə Prezident Administrasiyasının Kibertəhlükəsizlik İdarəsi tərəfindən hazırlanıb və oktyabrın 10-da hökumətin rəsmi “Resmi Gazete” nəşrində dərc olunub. Sənəddə qeyd olunub ki, məhdudiyyətlər cari il noyabrın 1-dən tətbiq ediləcək. Qaydalara əsasən, sosial şəbəkələr 15 yaşdan kiçik uşaqlara xidmət göstərə bilməyəcək. […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.