• Home  
  • Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb

Rusiya qoşunları avqustun 10-da Zaporojyeyə (Ukrayna) idarəolunan aviabomba ilə zərbə endirib, nəticədə 13 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov teleqram kanalında bildirib. Onun sözlərinə görə, hücum səhər saatlarında baş verib. Zərbə nəticəsində avtomobillər yanıb və fərdi ev zədələnib. “Avtomobillər yanır, fərdi ev zədələnib: Rusiyanın Zaporojyeyə hücumunun ilkin nəticələri […]

Rusiya qoşunları avqustun 10-da Zaporojyeyə (Ukrayna) idarəolunan aviabomba ilə zərbə endirib, nəticədə 13 nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov teleqram kanalında bildirib.

Onun sözlərinə görə, hücum səhər saatlarında baş verib. Zərbə nəticəsində avtomobillər yanıb və fərdi ev zədələnib.

“Avtomobillər yanır, fərdi ev zədələnib: Rusiyanın Zaporojyeyə hücumunun ilkin nəticələri belədir. Ruslar vilayət mərkəzinə idarəolunan aviabomba atıblar”, – Fyodorov deyib.

Prokurorluğun məlumatına görə, yaralananlar arasında 10 yaşlı qız da var. O, ağır vəziyyətdə xəstəxanadadır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.