• Home  
  • Eldar Əzizov Bakının qış mövsümünə hazırlığı ilə bağlı müşavirə keçirib
- Cəmiyyət - Gündəm - Ölkə

Eldar Əzizov Bakının qış mövsümünə hazırlığı ilə bağlı müşavirə keçirib

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Əks-səda xəbər verir ki, bu barədə BŞİH mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müşavirə zamanı paytaxtda aparılan abadlıq-quruculuq işləri, kommunal xidmətlərin fəaliyyəti, sanitar-təmizlik vəziyyəti və yaşıllaşdırma ilə bağlı cari məsələlər də müzakirə olunub. Həmçinin kommunal […]

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.

Əks-səda xəbər verir ki, bu barədə BŞİH mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müşavirə zamanı paytaxtda aparılan abadlıq-quruculuq işləri, kommunal xidmətlərin fəaliyyəti, sanitar-təmizlik vəziyyəti və yaşıllaşdırma ilə bağlı cari məsələlər də müzakirə olunub.

Həmçinin kommunal xidmət sahələrinin rəhbərlərinin qış mövsümünə hazırlıq işlərinin gedişi barədə hesabatları dinlənilib.

Müşavirənin yekununda görülən işlərin sürətləndirilməsi və qarşıya qoyulan vəzifələrin vaxtında yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.