Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 72 min TEU-dan çox konteyner aşırılıb.
Əks-səda xəbər verir ki, bu barədə QSC məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin 7 ayının göstəricisindən 20 % çoxdur.
Analoji dövrdə limanda quru yüklər üzrə də müsbət dinamika qeydə alınıb. Belə ki, 7 aylıq dövrdə 1,4 milyon tondan çox quru yük aşırılıb ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 82 % yüksəkdir.
Ümumilikdə bu ilin yanvar-iyul dövründə limanda 4,8 milyon tondan çox yük aşırılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çoxdur.


