• Home  
  • Misirdə yol qəzasında 15 nəfər ölüb, 32 nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

Misirdə yol qəzasında 15 nəfər ölüb, 32 nəfər yaralanıb

Misirin şimal-şərqindəki İsmailiyyə əyalətində fəhlələri daşıyan pikapın aşması nəticəsində azı 15 nəfər ölüb və 32 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyiə istinadən “Xinhua” agentliyi məlumat yayıb. Hazırda yaralananların sayı barədə məlumatların yoxlanılması və onların sağlamlıq vəziyyətinin izlənilməsi üzrə işlər davam etdirilir. Nazirliyin böhran və təcili hallar üzrə əməliyyat qərargahı yerli səhiyyə […]

Misirin şimal-şərqindəki İsmailiyyə əyalətində fəhlələri daşıyan pikapın aşması nəticəsində azı 15 nəfər ölüb və 32 nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyiə istinadən “Xinhua” agentliyi məlumat yayıb.

Hazırda yaralananların sayı barədə məlumatların yoxlanılması və onların sağlamlıq vəziyyətinin izlənilməsi üzrə işlər davam etdirilir.

Nazirliyin böhran və təcili hallar üzrə əməliyyat qərargahı yerli səhiyyə orqanları ilə koordinasiyalı şəkildə hadisələrin gedişatını izləyir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.