Novorossiyskdəki (Rusiya) taxıl terminalı gecə saatlarında pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində fəaliyyətini dayandırıb.
Əks-səda xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Terminalın məxsus olduğu “Demetra Holding” şirkəti hücum nəticəsində terminalın zədələndiyini təsdiqləyib.
“Terminalın fəaliyyəti dayandırılıb, dəyən ziyan qiymətləndirilir”, – məlumatda bildirilib.


