• Home  
  • Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub
- Dünya - Gündəm - Hadisə

Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub

Avqustun 12-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Krasnodar vilayətinin Novorossiysk şəhərində yerləşən hərbi-dəniz bazasına zərbə endirib. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Ukrayna tərəfinin məlumatına əsasən, zərbələr nəticəsində Rusiyanın dörd hərbi gəmisi zədələnib. Bunların 11356 layihəli “Admiral Makarov” və “Admiral Essen” freqatları, 21631 layihəli “Buyan-M” kiçik raket gəmisi və […]

Avqustun 12-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Krasnodar vilayətinin Novorossiysk şəhərində yerləşən hərbi-dəniz bazasına zərbə endirib.

Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna tərəfinin məlumatına əsasən, zərbələr nəticəsində Rusiyanın dörd hərbi gəmisi zədələnib. Bunların 11356 layihəli “Admiral Makarov” və “Admiral Essen” freqatları, 21631 layihəli “Buyan-M” kiçik raket gəmisi və 22160 layihəli “Vasili Bıkov” patrul gəmisi olduğu bildirilir.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) qeyd edib ki, “Admiral Makarov” və “Admiral Essen” “Kalibr” qanadlı raketlərinin daşıyıcılarıdır.

Hücum zamanı Krasnodar vilayətində liman və neft infrastrukturlarının bir sıra obyektləri də vurulub. Zərbələrin S-300 zenit-raket kompleksinin tərkibindəki 30N6E radiolokasiya stansiyasına, Novorossiysk limanının 2-ci körpüsündəki mobil atəş qrupuna, “Qruşovaya” neft bazasının “Şeşharis” terminalının tunel portalına, eləcə də 3, 6 və 7 saylı körpülərin infrastrukturuna endirildiyi bildirilib.

SBU əməliyyatda Ukrayna pilotsuz uçuş aparatları, “Palyanitsa” reaktiv dronları, “Neptun” raketləri və dəniz platformalarından istifadə edilən zərbə sistemlərinin tətbiq olunduğunu açıqlayıb. Ukrayna tərəfi Novorossiysk hərbi-dəniz bazasını Rusiyanın Qara Dəniz Donanmasının əsas obyektlərindən və başlıca dayaq məntəqələrindən biri hesab edir.

Rusiya tərəfi isə hələlik Ukraynanın bu zərbələr nəticəsində dörd hərbi gəminin zədələndiyi barədə məlumatını təsdiqləməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.