• Home  
  • Tümendən Bakıya uçan “UTair” təyyarəsi Ufada məcburi eniş edib
- Dünya - Gündəm - Hadisə

Tümendən Bakıya uçan “UTair” təyyarəsi Ufada məcburi eniş edib

Rusiyada “UTair” aviaşirkətinə məxsus, Tümendən Bakıya uçuş həyata keçirən təyyarə texniki səbəbdən Ufada məcburi eniş edib. Əks-səda xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, 12 avqust saat 21:15 radələrində yerli vaxtla (Bakı vaxtı ilə 20:15) təyyarə “Ufa” beynəlxalq hava limanına enib. Ekipaj texniki səbəbdən marşrutdan kənara çıxmaq qərarına gəlib. Eniş normal […]

Rusiyada “UTair” aviaşirkətinə məxsus, Tümendən Bakıya uçuş həyata keçirən təyyarə texniki səbəbdən Ufada məcburi eniş edib.

Əks-səda xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, 12 avqust saat 21:15 radələrində yerli vaxtla (Bakı vaxtı ilə 20:15) təyyarə “Ufa” beynəlxalq hava limanına enib. Ekipaj texniki səbəbdən marşrutdan kənara çıxmaq qərarına gəlib.

Eniş normal rejimdə həyata keçirilib. Nəqliyyat Prokurorluğu nəzarət tədbirləri təşkil edib və sərnişinlərin hüquqlarına riayət olunmasına nəzarət edilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.