• Home  
  • UEFA Konfrans Liqası: “Qarabağ” Kiyev “Dinamo”sunu məğlub edərək pley-offa yüksəlib – YENİLƏNİB
- Idman - Manşet - Ölkə

UEFA Konfrans Liqası: “Qarabağ” Kiyev “Dinamo”sunu məğlub edərək pley-offa yüksəlib – YENİLƏNİB

“Qarabağ” UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib. Əks-səda xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo” (Kiyev) kollektivini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0. 12-ci dəqiqədə Jali Muaddib hesabı açıb. 69-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib. Beləliklə, Polşadakı ilk matçda […]

“Qarabağ” UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib.

Əks-səda xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo” (Kiyev) kollektivini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0.

12-ci dəqiqədə Jali Muaddib hesabı açıb. 69-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.

Beləliklə, Polşadakı ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan “Qarabağ” UEFA Avropa Liqasında pley-offa yüksəlib.

“Köhlən atlar” bu raundda “Tvente” (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

21:35

Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Dinamo” (Kiyev, Ukrayna) oyunu keçirilir.

Əks-səda xəbər verir ki, qarşılaşmanın baş hakimi ingiltərəli FIFA referisi Stüart Attuelldir.

Komandalar arasında Polşada baş tutan ilk oyun Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

III təsnifat mərhələsində üstün olan tərəf pley-off-da “Tvente” (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Dinamo” (Kiyev, Ukrayna) oyununda hesab 12-ci dəqiqədə açılıb. Matçda ilk qolu Azərbaycan təmsilçisinin yarımmüdafiəçisi, 7 nömrəli oyunçu Jali Muaddib vurub.

Oyunda ikinci qol 69-cu dəqiqədə vurulub. “Köhlən atlar” hesab arasındakı fərqi artırıb, Aleksey Kaşuk fərqlənib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.