Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Əks-səda xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Alpı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Ford Transit” markalı nəqliyyat vasitəsilə “KamAZ” markalı yük maşını toqquşub.
Hadisə nəticəsində Mirzəyev Elnur Elman oğlu və Əhmədov Aqil ölüb.
Faktla bağlı araşdırma aparılır.


