• Home  
  • Motsartın yaşadığı evin bağından 210 heykəlcik oğurlanıb
- Dünya - Gündəm - Maraqlı

Motsartın yaşadığı evin bağından 210 heykəlcik oğurlanıb

Avstriyanın Zalsburq şəhərində məşhur bəstəkar Volfqanq Amadey Motsartın yaşadığı evin bağından 210 heykəlcik oğurlanıb. Əks-səda Associated Press agentliyinə istinadən xəbər verir ki, alman konseptual rəssamı Ottmar Hörl tərəfindən Motsartın yubileyi münasibətilə hazırlanmış installyasiyada ümumilikdə 320 polimer heykəlcik yer alıb. Heykəlciklər Avstriya bəstəkarını və onun sevimli itini təsvir edir. Qeyd olunur ki, installyasiyanın təqdimatı iyul ayında keçirilib. […]

Avstriyanın Zalsburq şəhərində məşhur bəstəkar Volfqanq Amadey Motsartın yaşadığı evin bağından 210 heykəlcik oğurlanıb.

Əks-səda Associated Press agentliyinə istinadən xəbər verir ki, alman konseptual rəssamı Ottmar Hörl tərəfindən Motsartın yubileyi münasibətilə hazırlanmış installyasiyada ümumilikdə 320 polimer heykəlcik yer alıb. Heykəlciklər Avstriya bəstəkarını və onun sevimli itini təsvir edir.

Qeyd olunur ki, installyasiyanın təqdimatı iyul ayında keçirilib. Lakin bundan cəmi iki həftə sonra 80 heykəlcik oğurlanıb. Hazırda oğurlanan heykəlciklərin sayı 210-a çatıb.

Ottmar Hörl heykəlciklərin ziyarətçilər tərəfindən götürüldüyünə şübhə edir və bunun əvvəlcədən planlaşdırılmış oğurluq olduğunu düşünür.

Motsartın 270 illik yubileyinə həsr olunmuş sərgi başa çatdıqdan sonra heykəlciklərin hər birinin 100 avroya satılması planlaşdırılırdı.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.