İngiltərənin şimalındakı Şeffild şəhərində dəmir yolu tunelində baş verən yanğın qatarların hərəkətinin dayandırılmasına və dəmir yolu nəqliyyatında fasilələrə səbəb olub.
Əks-səda The Sun qəzetinə istinadən xəbər verir ki, yanğının söndürülməsinə dörd yanğınsöndürmə briqadası cəlb edilib. Hadisə zamanı ərazini güclü tüstü bürüyüb.
Yerli sakinlərə pəncərə və qapıları bağlı saxlamaq, həmçinin hadisə yerinə yaxın ərazilərdən uzaq durmaq tövsiyə olunub.
Yanğın səbəbindən qatarların hərəkəti dayandırılıb. Qatarların hərəkətinin bərpası ərazinin təhlükəsizlik xidmətləri tərəfindən yoxlanılmasından sonra mümkün olacaq.


