ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərindəki Çarlz Yanq parkında baş verən atışma nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb.
Əks-səda yerli WKYT telekanalına istinadən xəbər verir ki, yaralananlar arasında 4 yaşlı uşaq, 14 yaşlı yeniyetmə və iki böyük var.
Leksinqton polisi bildirib ki, yaralıların vəziyyəti həyati təhlükə yaratmır.
Polis hələlik şübhəlinin kimliyi barədə məlumat açıqlamayıb.


