• Home  
  • İngiltərədə tuneli bürüyən yanğın qatarların hərəkətini dayandırıb
- Dünya - Gündəm - Hadisə

İngiltərədə tuneli bürüyən yanğın qatarların hərəkətini dayandırıb

İngiltərənin şimalındakı Şeffild şəhərində dəmir yolu tunelində baş verən yanğın qatarların hərəkətinin dayandırılmasına və dəmir yolu nəqliyyatında fasilələrə səbəb olub. Əks-səda The Sun qəzetinə istinadən xəbər verir ki, yanğının söndürülməsinə dörd yanğınsöndürmə briqadası cəlb edilib. Hadisə zamanı ərazini güclü tüstü bürüyüb. Yerli sakinlərə pəncərə və qapıları bağlı saxlamaq, həmçinin hadisə yerinə yaxın ərazilərdən uzaq durmaq […]

İngiltərənin şimalındakı Şeffild şəhərində dəmir yolu tunelində baş verən yanğın qatarların hərəkətinin dayandırılmasına və dəmir yolu nəqliyyatında fasilələrə səbəb olub.

Əks-səda The Sun qəzetinə istinadən xəbər verir ki, yanğının söndürülməsinə dörd yanğınsöndürmə briqadası cəlb edilib. Hadisə zamanı ərazini güclü tüstü bürüyüb.

Yerli sakinlərə pəncərə və qapıları bağlı saxlamaq, həmçinin hadisə yerinə yaxın ərazilərdən uzaq durmaq tövsiyə olunub.

Yanğın səbəbindən qatarların hərəkəti dayandırılıb. Qatarların hərəkətinin bərpası ərazinin təhlükəsizlik xidmətləri tərəfindən yoxlanılmasından sonra mümkün olacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.