• Home  
  • İndoneziyada baş verən zəlzələdə ölənlərin sayı 50-ni keçib
- Dünya - Gündəm - Hadisə

İndoneziyada baş verən zəlzələdə ölənlərin sayı 50-ni keçib

İndoeziyada zəlzələ qurbanlarının sayı 51 nəfərə yüksəlib. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, təbii fəlakət nəticəsində azı 51 nəfər həlak olub, 36 nəfər ağır, 77 nəfər yüngül xəsarət alıb, 5 minə yaxın insan isə təxliyə edilib. Xilasedicilər hələlik itkin düşənlərin dəqiq sayını müəyyən edə bilmirlər. 7,7 maqnitudalı […]

İndoeziyada zəlzələ qurbanlarının sayı 51 nəfərə yüksəlib.

Əks-səda xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində azı 51 nəfər həlak olub, 36 nəfər ağır, 77 nəfər yüngül xəsarət alıb, 5 minə yaxın insan isə təxliyə edilib. Xilasedicilər hələlik itkin düşənlərin dəqiq sayını müəyyən edə bilmirlər.

7,7 maqnitudalı zəlzələ avqustun 15-i səhər saatlarında İndoneziyanın şərqində, Şərqi Nusa-Tenqara əyalətində baş verib.

Zəlzələ 1,3 mindən çox evə ziyan vurub. Bir sıra rayonlarda elektrik enerjisi təchizatında fasilələr yaranıb, bu səbəbdən 20-yə yaxın yanacaqdoldurma məntəqəsi fəaliyyətini dayandırıb.

Fəsadların aradan qaldırılmasına 3,5 mindən çox hərbi qulluqçu və polis əməkdaşı cəlb edilib. Region rəhbərliyi zərərçəkənlərə yardımın göstərilməsini sürətləndirmək üçün fövqəladə vəziyyət elan olunması imkanını nəzərdən keçirir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.