• Home  
  • FHN: Ötən həftə 685 yanğına çıxış olub, 13 nəfərin meyiti aşkarlanıb
- Hadisə - Manşet - Ölkə

FHN: Ötən həftə 685 yanğına çıxış olub, 13 nəfərin meyiti aşkarlanıb

Ötən həftə 685 yanğına çıxış olub. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 685 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma, 6 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili […]

Ötən həftə 685 yanğına çıxış olub.

Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 685 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma, 6 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 46 nəfər xilas edilib, yanğınlar zamanı 5 nəfər xəsarət alıb,13 nəfərin meyiti təhvil verilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.